Misli premyer-liqasının 9-cu turunda “Sumqayıt” “Zirə”yə məğlub oldu - 1:0. 
Oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablayıb. 
- Əslində “Zirə” çətin rəqibdi. İlk 25 dəqiqəni niyə zəif oynadıq, bilmirəm. Məncə, ikinci hissədə biz daha yaxşı tərəf idik. 
- Hakimlikdən razı qaldız? 
- Heç vaxt bu haqda düşünmürəm. Mənə aid sual deyil. 
MÜZƏFFƏR QULUZADƏ
 
                        