EN

Ketrin Konnolli İrlandiyada keçirilən prezident seçkilərində liderdir

Müstəqil namizəd Ketrin Konnolli İrlandiyada keçirilən prezident seçkilərində qalib gəlib.

APA xəbər verir ki, bu barədə onun rəqibi, hakim koalisiyanın bir hissəsi olan mərkəzçi “Fine Gael” partiyası tərəfindən namizəd göstərilən Heder Hamfris bildirib.

"Ketrin bizim prezidentimiz olacaq. O, mənim prezidentim olacaq. Ona ən yaxşı arzularımı çatdırıram. Heç bir peşmançılığım yoxdur", - Hamfris deyib.

İrlandiya mediası qeyd edib ki, Konnollinin qələbəsi gözlənilməz deyil. Çünki bu, rəy sorğuları ilə proqnozlaşdırılan nəticədir.

43 seçki dairəsinin 24-ündə səslər sayıldıqdan sonra Konnolli seçicilərin 63,5%-nin dəstəyini qazanıb. Hamfris isə 28,9%-in dəstəyini qazanıb.

Chosen
97
2
apa.az

3Sources