EN

“Əgər razılaşma olmasa, müharibəyə başlaya bilərik” - Pakistan

Pakistan Xarici İşlər Nazirliyi Pakistan və Əfqanıstan arasında danışıqların ikinci mərhələsinin bu gün İstanbulda başladığını açıqlayıb.

"Unikal" xəbər verir ki, danışıqların məqsədi oktyabrın 19-da Dohada əldə olunmuş atəşkəsin uzunmüddətli perspektivdə həyata keçirilməsi mexanizmini hazırlamaqdır.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Əfqanıstanla Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəsin əldə olunmasından sonra 5 gün ərzində heç bir insident baş vermədiyini və hər iki tərəfin atəşkəsə əməl etdiyini bildirib.

Əfqanıstanla ikinci görüşlə bağlı Asif, "Əgər razılaşma olmazsa, onlarla açıq savaşa girmək variantımız var. Amma gördük ki, sülh istəyirlər", -  deyib. 

İslamabad Kabili Pakistan ordusunu hədəf alan yaraqlılara sığınacaq verməkdə ittiham edir. Əfqanıstan Talibanı Pakistanın hərbi əməliyyatlarının Əfqanıstanın suverenliyini pozduğunu iddia edərək ittihamı rədd edir.

Chosen
26
3
unikal.az

10Sources