EN

“Heç bir meyit…” HƏMAS ABŞ ın xəbərdarlığına cavab verdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın siyasi bürosunun üzvü Musa Əbu Mərzuk “Al Jazeera Mubasher” telekanalına açıqlama verib.

“Razılaşmadakı bütün bəndlər ümumi məsələləri əhatə edir və onların dəqiqləşdirilməsi üçün danışıqlar aparılmalıdır. Girovların meyitlərinə gəlincə, bizdə olan və ya tapacağımız bütün meyitləri İsrail tərəfinə qaytaracağıq. Heç bir meyit Qəzzada qalmayacaq və bu məsələni mümkün qədər tez həll etməyə çalışırıq”, – Əbu Mərzuk deyib.

O, həmçinin qeyd edib ki, ABŞ atəşkəs razılaşmasının yerinə yetirilməsinə nəzarət edir:

“Biz Vaşinqtondan ədalət və neytrallıq gözləyirik. Təəssüf ki, ABŞ indiyədək İsrailin tərəfini saxlayıb, halbuki atəşkəsi dəfələrlə pozan məhz İsrail olub”, – HƏMAS rəsmisi bildirib.

“Asharq al-Awsat” qəzetinin məlumatına görə, HƏMAS-ın bütün girovların cəsədlərini tapması üçün genişmiqyaslı axtarış əməliyyatı keçirməsi lazım olacaq. Məlumatlara əsasən, bir çox cəsədlərin yerləri haqqında məlumatı olan HƏMAS üzvləri döyüşlər zamanı həlak olublar, bəzi bölgələr isə İsrail ordusunun hücumları nəticəsində tamamilə dağıdılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp HƏMAS-a bütün girovların meyitlərini verməsi üçün 48 saat vaxt verdiyini açıqlayıb. Girovların axtarışları ilə məşğul olmaq üçün Misir də Qəzzaya qrup göndərəcəyini deyib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
85
globalinfo.az

1Sources