Vaşinqton, 26 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp keçmiş Prezident Ronald Reyqanın çıxışının təhrif olunduğu reklam çarxına görə Kanada məhsullarına əlavə 10 faiz tarif tətbiq etdiyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı bu barədə “Truth” sosial media hesabında yazıb.
Bir neçə gün əvvəl Tramp reklamla əlaqədar Kanada ilə ticarət danışıqlarını dayandırdığını bildirmişdi.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton