EN

Tramp ABŞ-ın Kanadadan idxala olan rüsumları daha 10% artıracağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Kanada mallarına rüsumları daha 10% artırmaq qərarına gəldiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə o öz “Truth” hesabında məlumat verib.

"Onların ciddi yanlış təqdimatları və düşmənçilik hərəkətləri səbəbindən mən Kanadaya rüsumları hazırda ödədikləri məbləğdən 10% çox artırıram", - o bildirib.

Tramp qeyd edib ki, Kanada hakimiyyəti ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın rüsumları tənqid etdiyi və azad ticarət prinsiplərini müdafiə etdiyi çıxışından parçaları özündə əks etdirən reklam videosunun ABŞ-da yayımlanmasını sifariş edib.

Chosen
104
2
apa.az

3Sources