Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş mümkündür, lakin Moskvanın şərtləri ilə.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya İMEMO RAS-ın politoloqu, keçmiş diplomat Viktor Mizin bildirib.
"Aydındır ki, bu görüş Trampın dediyi şərtlərlə, yəni təmas xətti boyunca atəşkəslə baş tutmayacaq", - o vurğulayıb.
Ekspertin fikrincə, Rusiyanın cəbhədə uğurlu irəliləyiş əldə etdiyi bir şəraitdə güzəştə getməyə “tamamilə heç bir əsası yoxdur”.