Tramp 48 saat vaxt verdi
                    
                        ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgərHƏMAS "mümkün qədər tez" İsrailə həlak olmuş girovların cəsədlərini qaytarmasa, ona qarşı tədbirlər görüləcək.
 
 Demokrat.az-ın məlumatına görə, bu barədə Amerika liderinin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
 
 "HƏMAS mümkün qədər tez həlak olmuş girovların, o cümlədən iki amerikalının cəsədlərini qaytarmalı olacaq, əks halda, bu böyük sülh prosesində iştirak edən digər ölkələr tədbirlər görəcək", - deyə Tramp yazıb.
 
 O həmçinin əlavə edib ki, qarşıdakı 48 saat ərzində HƏMAS-ın fəaliyyətini "çox diqqətlə izləyəcək".
 
 
         
        
     
 
 
 
         
        
        
        
        
