EN

Paşinyan xalqa səsləndi: Seçiminizi edin!

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan kilsə keşişlərinə, o cümlədən xalqa müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, videomüraciət yayıb.

N.Paşinyan qeyd edib ki, bu gün Müqəddəs Ovannavank liturgiyası (dini mərasim) müqəddəs ziyarətgahın azad edilməsinin praktik mərhələsinin başlanğıcını simvolizə edəcək.

“Problem ondadır ki, Ktriç Nersisyan artıq tanınmış qrupu ilə birlikdə müqəddəs ziyarətgahımızı, Müqəddəs Eçmiədzinin Ana Taxtını murdarlıq zəncirlərinə salıb. Onlar tanrının, İsa Məsihin təlimlərini və doktrinasını heç yaymırlar, əksinə murdarlığı, korrupsiyanı və cinayətkarlığı təbliğ edirlər. Müqəddəs Eçmiədzinin Ana Taxtının azad edilməsi vaxtı çoxdan çatıb. Hər kəs, o cümlədən Ermənistan Apostol Kilsəsinin keşişləri öz seçimlərini etməlidir”, – deyə o bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Apostol Kilsəsinin yüksək vəzifəli kilsə rəsmiləri ilə bağlı böyük qalmaqal yaranmışdı. Belə ki, anonim Teleqram kanalı arxiyepiskop Arşakla əlaqəli olduğu iddia edilən intim videolar yayımlamışdı.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
60
globalinfo.az

1Sources