EN

Timor Leste ASEAN ın 11 ci üzvü olub

ain.az, Azertag saytına istinadən bildirir.

Pekin, 26 oktyabr, AZƏRTAC

Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “İnkluzivlik və dayanıqlılıq” mövzusunda keçirilən sammitdə Timor-Lestenin ASEAN-a qəbul edilməsi haqqında bəyannamə imzalanıb. Bununla da Timor-Leste təşkilatın 11-ci üzvü olub.

Sammitin gedişində diqqət ASEAN icmasının yaradılması və təşkilatın xarici əlaqələri ilə bağlı məsələlərə yönəldiləcək. Liderlər, həmçinin regional inteqrasiyanın dərinləşdirilməsi, iqtisadi artımın stimullaşdırılması və ASEAN əlaqələrinin genişləndirilməsi yollarını müzakirə edəcəklər.

Qeyd edək ki, 1967-cu ildə Banqkokda təsis edilən ASEAN İndoneziya, Vyetnam, Laos, Bruney, Tailand, Myanma, Filippin, Kamboca, Sinqapur, Malayziya və Timor-Lesteden ibarət 11 üzv ölkəni birləşdirən beynəlxalq hökumətlərarası təşkilatdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
2
azertag.az

3Sources