EN

PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb

PKK terror qruplaşması Türkiyədən tamamilə çəkildiyini elan edib.

Xezerxeber.az xəbər verir ki, terror təşkilatı PKK, təşkilatın lideri Abdullah Öcalanın çağırışı ilə 12-ci Qurultayında qəbul etdiyi qərarlar əsasında özünü buraxdığını və Türkiyədən tamamilə çəkildiyini açıqlayıb.

Xatırladaq ki, iyulun 11-də Şimali İraqda silahları yerə qoyan PKK bəyanat yayaraq bildirib ki, Türkiyədən tamamilə çıxıb.

"Yaxın Şərqdə baş verən toqquşma və müharibələr Türkiyənin və kürdlərin gələcəyini çox ciddi təhdid etməyə başlayıb. Türkiyədəki bütün qüvvələrimizi çıxarırıq" , - deyə bəyanatda bildirilir.

 
Chosen
53
20
xezerxeber.az

10Sources