EN

İki Asiya ölkəsi Trampın iştirakı ilə sülh bağladı

ABŞ prezidenti Donald Tramp Tailand və Kamboca arasında münaqişənin nizamlanmasına dair bəyannamənin imzalanmasında iştirak edib.

NOCOMMENT.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir.

Agentliyin məlumatına görə, Tailand və Kamboca liderləri Kuala-Lumpurda keçirilən ASEAN sammiti çərçivəsində sənəd imzalayıblar. Bəyannaməyə əsasən, ölkələr 2025-ci ilin mayında başlayan münaqişənin həlli ilə bağlı razılığa gəliblər. İmzada ABŞ prezidenti Donald Trampın da olduğu bildirilir.

Mərasimdə Malayziyanın Baş naziri Ənvər İbrahim iştirak edib. İyul ayında o və Tramp sərhəddə iki ölkənin qoşunları arasında atəşkəs əldə etmək üçün əməkdaşlıq ediblər. Bu zaman qarşıdurma ağır silahlar, artilleriya və hava zərbələri ilə şiddətli döyüşlərə çevrilirdi. Çin də böhranın həllinə qatıldı.

Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Amerika lideri ilə Şimali Koreya lideri Kim Çen In arasında görüş imkanını nəzərdən keçirir.

Chosen
44
nocomment.az

1Sources