EN

​Dünyanın ən uzunömürlü cütlüyündən biri vəfat edib

85 il evli olan və həyat yoldaşı Mariya de Souza Dino ilə birlikdə dünyanın ən uzunömürlü cütlüyü tituluna sahib olan Manuel Anhelim Dino 106 yaşında vəfat edib.Metbuat.az xəbər verir ki, Braziliyada yaşayan Manuel Anhelim Dino oktyabrın 20-də, 106 yaş 95 günlük olarkən dünyasını dəyişib. Onun həyat yoldaşı Mariya de Souza Dino hazırda 102 yaşındadır. Cütlük fevral ayında Ginnesin Rekordlar Kitabı tərəfindən “ən uzun müddət evli qalan cütlük” kimi rəsmi şəkildə tanınmışdı. O zaman onların evliliyi 84 il 77 gün davam edirdi.

Manuel və Mariya 1940-cı illərin əvvəllərində ailə həyatı qurublar və uzun ömürləri boyu Braziliyada ailə dəyərlərinin simvolu hesab olunublar.

Chosen
46
1
metbuat.az

2Sources