EN

Pakistan Əfqanıstanı müharibə ilə HƏDƏLƏYİR 

Pakistanın müdafiə naziri Xavaca Asif bəyan edib ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə ölkə Əfqanıstanla açıq müharibəyə hazırdır.

Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Müdafiə nazirinin sözlərinə görə, hazırda İstanbulda gedən sülh danışıqlarına alternativ yoxdur.

“Biz seçim qarşısındayıq. Sülh razılaşması əldə olunmasa, açıq müharibəyə başlayacağıq. Amma görürəm ki, onlar həqiqətən sülh istəyirlər”, – Asif bildirib.

Əfqanıstan və Pakistan oktyabrın 9-dan başlayaraq altı gün ərzində bir-birini bombaladılar. Bir müddət sonra tərəflər 48 saatlıq atəşkəs və sülh danışıqlarının başlaması barədə razılığa gəliblər.

Oktyabrın 15-də Əfqanıstan-Pakistan sərhədində Taliban və Pakistan sərhədçiləri arasında yeni toqquşmaların baş verdiyi bildirilir.

Yeganə

 

Chosen
5
1
busaat.az

2Sources