EN

Kiyevə hücum nəticəsində 3 nəfər öldü, 27 nəfər yaralandı

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə hücumu nəticəsində üç nəfər ölüb, 27 nəfər yaralanıb.

Publika.az-ın məlumatına görə, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko teleqram kanalında yazıb.

"İlkin məlumata görə Desnyanski rayonunda üç nəfər ölüb, 27 nəfər yaralanıb (onlardan altısı uşaqdır). Dağıntılar doqquzmərtəbəli yaşayış binasına ikinci mərtəbə səviyyəsində düşüb. Bir neçə mənzil alovlanıb və yanğın dördüncü-yeddinci mərtəbələrdəki eyvanlara yayılıb. Yanğın artıq söndürülüb".

Chosen
56
26
publika.az

10Sources