EN

Serbiya Rusiya və Ukrayna arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır

BAKI, 26 oktyabr. TELEQRAF

"Belqrad Rusiya və Ukrayna arasında sülh danışıqlarını keçirməyə hazırdır".

Teleqraf xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç "Fox News"a açıqlamasında deyib.

O bildirib ki, Serbiyanın üstünlüyü onun münaqişədə iştirak edən bütün tərəflərlə dost münasibətlərə malik olmasıdır:

“Serbiya bu dəhşətli faciəyə son qoymaq üçün, əgər maraq olarsa, danışıqlara ev sahibliyi etməyə hazırdır. Müharibə dərhal dayandırılmalıdır və Serbiya BMT tərəfindən tanınan sərhədlər çərçivəsində bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir".

Chosen
53
teleqraf.com

1Sources