BƏƏ-nin Abu Dabi şəhərində UFC 321 turnirində keçirilən döyüşdə rusiyalı Umar Nurməhəmmədov amerikalı Mario Bautista ilə üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, üç raundluq qarşılaşma Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb.
Hakimlərin yekdil qərarı ilə o, qalib elan olub -30-27, 30-27, 30-27.
Qeyd edək ki, U.Nurməhəmmədov son döyüşündə Gürcüstan idmançısı Merab Dvalişviliyə uduzub. U.Nurməhəmmədovun karyerasında hazırda 19 MMA qələbəsi var.
Xatırladaq ki, Umar Nurməhəmmədov Keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğludur.
Oxuməni.az