EN

Lamin Yamal yenidən “Real” azarkeşlərini qıcıqlandırıb - FOTO

El-Klasiko öncəsi “Barselona”nın hücumçusu Lamin Yamal sosial şəbəkə hesabında “Real” azarkeşlərini qıcıqlandıracaq bulanıq bir foto paylaşıb.

İdman.Biz xəbər verir ki, həmin fotoda o, əllərini açaraq “Real” azarkeşlərinin qarşısında dayanır.

İspaniya mətbuatının yazdığına görə, Madrid klubunun azarkeşləri gənc futbolçunu matç boyunca fit səsilə qarşılayacaqlar. Bunun səbəbi Yamalın son açıqlamasında “Real” futbolçularının fırıldaqçılıq və şikayətlərlə məşğul olduğunu deməsi olub. Bu, Ançelottinin komandasının fanatları arasında böyük etiraza səbəb olub.

Qeyd edək ki, bu gün saat 19:15-də keçiriləcək “Real” – “Barselona” qarşılaşmasının son illərin ən gərgin El-Klasikolarından biri olacağı gözlənilir.

İdman.Biz

Chosen
7
42
idman.biz

10Sources