EN

Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə icazə verdi

Azərbaycan öz ərazisindən Rusiyadan Ermənistana malların tranzitinə icazə verməyə hazır olduğunu təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Malayziyanın paytaxtı Kuala-Lumpurda ASEAN tədbirləri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Overçukun sözlərinə görə, iki gün əvvəl Azərbaycan tərəfi öz dəmir yollarından istifadə etməklə Rusiyadan Ermənistana məhsul tranzitinə razılıq verdiyini bildirib.

Chosen
95
1
demokrat.az

10Sources