EN

Hər şey yaxşıdır, səsim də gur çıxır Fəzail Ağamalı

ain.az, Modern.az saytına istinadən bildirir.

Ana Vətən Partiyasının sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyi ilə bağlı informasiya yayılıb.

Modern.az keçmiş deputatla əlaqə saxlayıb.

Saytımıza cavabında Fəzail Ağamalı xəstəxanaya yerləşdirilmədiyini bildirib.

“Dünən biraz səhhətimdə problem yarandı. Ailə həkimimizi çağırdıq. Gəldi, dava-dərman elədi. Dedi ki, dincəlmək lazımdır. İndi də səhhətim yaxşıdır. Eşidirsiniz, səsim də gur çıxır”.

F.Ağamalı oğlunun onunla yaşananlardan sonra heç bir əlaqə saxlamadığını deyib.

Elçin Ağamalı isə məsələ ilə bağlı danışmaq istəmədiyini söyləyib.

“Siyasi məsələlər bir yana bu, özəl məsələdir”,- o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
65
7
modern.az

8Sources