EN

ABL: Turun son matçında "Şəki" sevindi

Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son oyununda "Şəki" NTD komandasını qəbul edib.

Şəki Olimpiya İdman Kompleksində baş tutan A qrupunun matçında meydan sahibləri 88:81 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81), "Abşeron Lions" "Neftçi"ni (100:95), "Naxçıvan" "Sərhədçi"ni (76:69) məğlub edib.

Chosen
27
2
fanat.az

3Sources