Zərdabda ağır yol qəzası olub.
Aznews.az xəbər verir ki, hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21099" və "Land Rover" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı "VAZ-21099"un sürücüsü Abdullayev Azər Cəlal oğlu aldığı xəsarətlərdən ölüb.