EN

“Mançester Yunayted” Aleksandar Pavloviçi transfer hədəfi seçib

“Mançester Yunayted” klubu “Bavariya”nın yarımmüdafiəçisi Aleksandar Pavloviçi yeni transfer hədəfi kimi müəyyən edib.

90deqiqe.Az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun İngiltərəyə keçidinə əsas maneə onun yüksək qiyməti ola bilər.

“Qırmızı şeytanlar” Pavloviçi braziliyalı yarımmüdafiəçi Kazemironun uzunmüddətli əvəzləyicisi kimi görür.  İngiltərə nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Qış transfer dönəmində bu keçidin reallaşması az ehtimal olunur, lakin transferin 2026-cı ilin yayında baş tuta biləcəyi bildirilir. “Bavariya” gənc alman oyunçunu 80 milyon avro dəyərində qiymətləndirir.

Cari mövsümdə Pavloviç bütün turnirlərdə 15 oyunda meydana çıxıb və bir qola imza atıb. Futbolçunun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, onun bazar dəyəri 55 milyon avro təşkil edir.

Chosen
89
90deqiqe.az

1Sources