BAKI, 26 oktyabr. TELEQRAF
Böyük Britaniyanın baş naziri Kir Starmer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 27-də Ankaraya rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü Burhanəddin Duran "X"də yazıb.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə strateji xarakter daşıyan Türkiyə–Böyük Britaniya münasibətləri, eləcə də regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunacaq.