Rusiyanın Ukraynanın Donetsk bölgəsinə son 24 saat ərzində hücumları nəticəsində dörd nəfər ölüb, bir nəfər yaralanıb.
Publika.az-ın məlumatına görə, bu barədə Milli Polisin mətbuat xidməti teleqram kanalında xəbər yayıb.
Bəyanatda bildirilir: "25 oktyabrda polis cəbhə xətti boyunca və yaşayış məntəqələrində 2 116 hücum qeydə alıb və nəticədə dörd mülki şəxs həlak olub. Rusiyanın hərbi qüvvələri Konstantinovkaya KAB-250 bombaları, dronlar və artilleriya ilə zərbələr endirib, nəticədə üç mülki şəxs həlak olub, daha biri yaralanıb. Severskdə artilleriya mərmisi nəticəsində bir nəfər ölüb, şəxsi evə isə ziyan dəyib".