EN

Reanimasiyaya yerləşdirilən 59 yaşlı müğənni ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Bir neçə gün öncə evində infarkt keçirərək reanimasiyaya yerləşdirilən 59 yaşlı müğənni Fatih Ürekin vəziyyəti kritik olaraq qalır.

Musavat.com xəbər verir ki, xəstəxana rəhbərliyindən verilən açıqlamada bildirilib:

“Dəyərli sənətçimiz Fatih Ürekin müalicəsi reanimasiyada davam edir, vəziyyəti kritik olaraq qiymətləndirilir. Xəstəmiz həkimlərimizin nəzarəti altında müalicə olunur. Proseslə bağlı hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ictimaiyyətə məlumat veriləcək. Bütün sevənlərinə keçmiş olsun arzularımızı çatdırırıq”.

Musavat.com

Chosen
72
musavat.com

1Sources