EN

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2199 və “Land Rover” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ-2199-un sürücüsü Azər Cəlal oğlu Abdullayev aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbi araşdırılır.

Chosen
48
2
konkret.az

10Sources