EN

"Həkimin müdaxiləsindən sonra hər şey qaydasındadır" - Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyi ilə bağlı informasiya yayılıb. 

News365.az keçmiş deputatla əlaqə saxlayıb. 

Onun sözlərinə görə,  yaşanan xoşagəlməz vəziyyət səhhətinə təsir edib:

"Oktyabr ayının 25-də Ana Vətən partiyasının növbədənkənar 9-cu qurultayında yaşanan xoşagəlməz vəziyyət, gərginlik təbii ki, səhhətimə müəyyən dərəcədə təsir göstərdi. Özümü narahat hiss etdim. Həkimin müdaxiləsindən sonra hər şey qaydasına düşdü. Bu gündə bazar günü olduğuna baxmayaraq, bütün günü işdə olmuşam.  Hal-hazırda evdəyəm. Hər şey qaydasındadır. Səhhətimdə də hər hansı bir problem yoxdur. "

Chosen
42
news365.az

1Sources