BAKI, 26 oktyabr. TELEQRAF
Hökumətin cari fəaliyyətinin dayandırılması davam edərsə, ABŞ hərbi qulluqçuları noyabrın 15-dək əmək haqqı ödənişlərində gecikmələrlə üzləşə bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Düşünürəm ki, noyabrın əvvəlində biz onlara maaş verə biləcəyik, lakin noyabrın 15-nə kimi həyatlarını riskə atmağa hazır olan əsgər və hərbçilərimiz maaşlarını ala bilməyəcək", - Bessent bildirib.
Prezident Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetə hərbi qulluqçuların maaşlarının vaxtında ödənilməsini təmin etmək üçün bütün mövcud resursları səfərbər etməyi əmr edib.