Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağamalı Sadıq küçəsində baş verib.
Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əzizə Məmmədlini maşın vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.