EN

PKK Türkiyədən tam çəkilməyə başladı...


PKK terror təşkilatı Türkiyədən tamamilə çəkilir. Bununla bağlı terror təşkilatının liderləərindən Sabri Ok açıqlama yayıb.

"Yaxın Şərqdəki münaqişələr və müharibələr Türkiyənin və kürdlərin gələcəyi üçün ciddi bir təhdidə çevrildiyindən, ötən il Prezident Tayyib Ərdoğanın, MHP sədri Dövlət Baxçalının və terrorçu lideri Abdullah Öcalanın açıqlamaları ilə başlayan və Abdullah Öcalanın 27 fevral 2025-ci il tarixli "Sülh və Demokratik Cəmiyyət" çağırışı ilə özünü göstərən proses son dərəcə vacib və kritik bir mərhələdən keçir...

Bu baxımdan, 12-ci Konqresin qərarlarına əsasən Türkiyə sərhədləri daxilində münaqişə risqi yaradan və potensial təxribatlara qarşı həssas olan Türkiyədəki bütün qüvvələrimizi Media Müdafiə Zonalarına geri çəkilməsini Öcalanın da təsdiqi ilə həyata keçiririk. Media Müdafiə Zonalarına çatan bəzi qruplar hazırda buradadır və şəxsən bu açıqlamada iştirak edirlər", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, terrorsuz Türkiyə prosesinin ən konkret addımı iyulun 11-də İraq Kürd Regional İdarəsinin sərhədləri daxilində yerləşən Süleymaniyyə şəhərində atılıb.

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının (MİT) koordinasiyasında planlaşdırılan və diqqətlə izlənilən toplantı üçün Diyarbakırdan 150 nəfərlik qrup Şimali İraqa yola düşüb. Heyətdə Türkiyədə fəaliyyət göstərən DEM Parti müxalif partiyasının nümayəndə heyəti və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri də yer alıb.

PKK terror təşkilatının ilk qrupu iyulun 11-də silahlarını təhvil verərək yandırıb. Tərksilah olanlar arasında PKK rəhbərlərindən biri Bese Hozat da olub.

TAHİR

"Bu baxımdan, 12-ci Konqresin qərarlarına əsasən Türkiyə sərhədləri daxilində münaqişə risqi yaradan və potensial təxribatlara qarşı həssas olan Türkiyədəki bütün qüvvələrimizi Media Müdafiə Zonalarına geri çəkilməsini Öcalanın da təsdiqi ilə həyata keçiririk. Media Müdafiə Zonalarına çatan bəzi qruplar hazırda buradadır və şəxsən bu açıqlamada iştirak edirlər".

Chosen
36
baki-xeber.com

1Sources