ABŞ şahmat çempionatı başa çatıb.
"Ölkə.az" xəbər verir ki, kişilər arasında qalib Fabiano Karuana olub. O, 11 mümkün xaldan 8-ni toplayaraq çempion adını qazanıb. 33 yaşlı qrossmeyster üçün bu, ardıcıl dördüncü tituludur.
Beləliklə, o, əfsanəvi Robert Fișerin rekordunu təkrarlayıb. Fișer ABŞ çempionatını iki dəfə – 1958–1961 və 1963–1966-cı illərdə ardıcıl olaraq dörd dəfə qazanmışdı.
Çempionluğa görə Fabiano Karuana 62 min dollar mükafat alacaq.