Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və qırıcı təyyarəCənubi Çin dənizində qəzaya uğrayıb.
Trend xəbər verirki, bu barədə ABŞ-nin Sakit Okean Donanması məlumat yayıb.
Məlumata görə, 26 oktyabrda, yerli vaxtla təxminən saat 14:45-dəABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MH-60R Sea Hawk” helikopteri“USS Nimitz” təyyarədaşıyan gəmisindən adi əməliyyatlar zamanıdənizə düşüb. Hadisədən təxminən yarım saat sonra, saat 15:15-dəisə “F/A-18F Super Hornet” qırıcı təyyarəsi də qəzaya uğrayıb.
Hər iki hadisə zamanı ekipaj üzvləri uğurla katapultasiyaediblər və bütün şəxslərin vəziyyətinin sabit olduğubildirilib.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
