EN

Cənubi Koreya rəsmisi: Tramp və Kim Çen Inın görüşəcəyinə ehtimal azdır

BAKI, 27 oktyabr. TELEQRAF

Cənubi Koreya Prezidenti Administrasiyası ABŞ lideri Donald Tramp ilə Şimali Koreya rəhbəri Kim Çen Inın Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində və ya Koreya yarımadası sərhədində qəfil görüş keçirməsini az ehtimal edir.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi rəhbərinin üçüncü müavini O Xyon Cu bildirib.

“Hazırda belə bir görüşün baş tutacağına dair konkret əlamətlər yoxdur. Əlimdə bu görüşlə bağlı dəqiq məlumat yoxdur, bu, sadəcə mətbuatdakı fərziyyələrdir,” - o, mətbuat konfransında vurğulayıb.

Rəsminin sözlərinə görə, Seul 2019-cu ildə iki liderin sərhəddəki qısa müddətdə təşkil olunmuş görüşünü xatırlasa da, bu dəfə oxşar ssenarinin təkrarlanmasını inandırıcı saymır

Chosen
25
teleqraf.com

1Sources