EN

Lavrov: Rusiya Ukrayna münaqişəsinin həlli məsələsində Tramp ilə eyni fikirdədir

Moskva hesab edir ki, danışıqlar yolu ilə sülh mümkün və realdır...

Poliqon xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Vaşinqtonla Ukrayna münaqişəsinin həlli məsələsində ortaq mövqedə olduğunu bəyan edib. O, bu barədə Macarıstanın “Ultrahang” adlı “YouTube” kanalına verdiyi müsahibədə danışıb.

Lavrov bildirib ki, ABŞ prezidenti Donald Tramp son açıqlamasında Ukrayna ilə bağlı “yalnız bir neçə detala aydınlıq gətirilməli olduğunu” deyib. “Cənab Tramp qeyd etdi ki, bəzi məsələləri razılaşdırmaq qalır, lakin bu asanlıqla mümkündür. Onun fikrincə, Alyaskada keçirilən görüşdən sonra xüsusilə bir məsələ vacib olaraq qalırdı, lakin bu da tamamilə həll edilə bilən məsələdir. Biz bu fikirlə tam razıyıq,” – deyə Lavrov vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, “indiki ABŞ xarici siyasəti son dərəcə şəffafdır”, çünki Donald Tramp “demək olar ki, hər gün müxtəlif beynəlxalq məsələlərə münasibətini açıq şəkildə bildirir”.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə görüş keçirmək niyyətində olduğunu açıqlamışdı. Lakin daha sonra Tramp görüşün təxirə salındığını bildirərək, “Moskvanın danışıqlara hazır olmadığını” əsas gətirmişdi. Ardınca ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini elan etmişdi.

Poliqon.info

Chosen
36
poliqon.info

1Sources