EN

Seul: Tramp və Kim Çen Inın görüşü çətin görünür, amma mümkündür

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Cənubi Koreya Prezident Administrasiyası hesab edir ki, ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen Inın Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı Koreyalararası sərhəddə qəfil görüşü ehtimalı azdır, lakin tamamilə istisna edilmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Milli Təhlükəsizlik Agentliyinin üçüncü direktor müavini Oh Hyun-ju mətbuat konfransında məlumat verib.

“Ümumi qiymətləndirməmiz ondan ibarətdir ki, bu görüşün baş tutacağına dair konkret əlamət yoxdur. Mənim belə bir görüş barədə məlumatım yoxdur, sadəcə qəzetlərdə ehtimallar səslənir”, – deyə Oh Hyun-ju bildirib.

Rəsmi qeyd edib ki, 2019-cu ildə Tramp və Kim Çen In arasında Koreyalararası sərhəddə keçirilən görüş çox qısa müddətdə təşkil olunmuşdu. Onun sözlərinə görə, hazırda Cənubi Koreya tərəfi Şimali Koreyanın ehtimal olunan addımlarını nəzərə alaraq budəfəki görüşü “çətin, lakin tam mümkünsüz deyil” hesab edir.

“Şimali Koreya tez-tez Cənubi Koreyanın gözləntilərini puç edir, lakin hər bir ssenariyə hazır olmaq vacibdir”, – deyə o əlavə edib.

Bundan bir gün əvvəl Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Vi Sonq-lak da oxşar bəyanatla çıxış edərək bildirmişdi ki, Seul belə bir görüşə hazırlıq əlamətləri görmür, amma ehtimalı tam istisna etmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
2
azertag.az

4Sources