EN

Yaşlı kişinin pul kisəsini oğurlayan şəxs spirtli içki alaraq xərclədi - CƏZA

Yasamal Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Pənah Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 2 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 15 iyun 2025-ci il tarixdə, saat təxminən 00:40 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
 

Belə ki, Pənah Yusifov məhəllə ərazisində əyləşmiş zərərçəkmiş Yunis Tahirova (adı, soyadı şərtidir) yaxınlaşaraq ondan 1 manat pul istəyib. Zərərçəkmiş şəxs pul vermək üçün pul kisəsini açarkən təqsirləndirilən şəxs onun yaşlı olmasından istifadə edib. O, içərisində 250 manat məbləğində pul olan pul kisəsini zərərçəkmişin əlindən alıb hadisə yerindən qaçıb.


Hadisədən sonra Pənah Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında Pənah Yusifov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, hadisə zamanı sərxoş olub. O, götürdüyü həmin 120 manat puldan 110 manatını spirtli içki almaq üçün xərcləyib.
 

Kamal Məmmədov 

Tarix: 27 Oktyabr 2025, 09:03   
Chosen
57
pravda.az

1Sources