ABŞ və Şimali Koreya liderləri arasında gözlənilən görüş yenə gündəmin mühüm mövzusuna çevrilib. Cənubi Koreya Prezident Administrasiyasının Milli Təhlükəsizlik Agentliyinin üçüncü direktor müavini Oh Hyun-ju bəyan edib ki, Donald Tramp və Kim Çen Inın Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı Koreyalararası sərhəddə qəfil görüşü ehtimalı azdır, lakin tamamilə istisna edilmir.
SİTAT: “Ümumi qiymətləndirməmiz ondan ibarətdir ki, bu görüşün baş tutacağına dair konkret əlamət yoxdur. Mənim belə bir görüş barədə məlumatım yoxdur, sadəcə qəzetlərdə ehtimallar səslənir”, – deyə Oh Hyun-ju bildirib.
Mətləb