Bakı. Trend:
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliiyat hadisəsibaş verib.
Trend xəbər verir ki, oktyabrın 25-də saat 22 radələrində2006-cı il təvəllüdlü, Gəncə şəhəri, A.Əhmədov küçəsi, ev 82-dəyaşayan Süleymanov Rəsul Ramin oğlu idarə etdiyi "Toyota Prius"markalı avtomobil ilə Gəncə şəhəri, P.Səmədov küçəsi ilə hərəkətdəolub, H.Əliyev küçəsinə sola dönmə əməliyyatı yerinə yetirərkən,yolu keçmək istəyən piyada 1956-cı il təvəllüdlü Bağırov Natiqİlyas oğlunu vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdənxəstəxanaya aparılarkən vəfat etmişdir.
Faktla bağlı CM-in 263.2-ci maddəsi ilə cinayət işibaşlanıb.