EN

ASCO-nun dalğıc gəmisi “Şahdəniz” layihəsində əməliyyatlara başlayıb

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-ya məxsus “Akademik Tofiqİsmayılov” dalğıc gəmisi “Şahdəniz” layihəsi çərçivəsindəəməliyyatlara başlayıb. Bu məqsədlə ASCO ilə Şahdəniz layihəsininoperatoru olan bp şirkəti arasında müvafiq müqavilə imzalanıb.

ASCO-dan Trend-ə verilən məlumata görə, “Akademik Tofiqİsmayılov” layihə üzrə həm növbətçi gəmi funksiyasını icra edəcək,həm də sualtı infrastrukturun inspeksiyası, texniki xidməti vətəmiri ilə bağlı məsafədən idarə olunan əməliyyatlarda iştirakedəcək.

Bildirilib ki, əməliyyatlara hazırlıq çərçivəsində gəmiBibiheybət Gəmi Təmiri Zavodunda təmir olunaraq, uğurla klasyoxlamasından keçib. Daha sonra DP (Dynamic Positioning – dinamikmövqe saxlama) sistemi üzrə dəniz sınaqları aparılıb və helikoptermeydançası sertifikatlaşdırılıb.

Sifarişə əsasən, gəmidə dəniz təsnifat cəmiyyətinin tələblərinəuyğun olaraq ROV/MİOQ (Remotely Operated Vehicle – Məsafədən İdarəOlunan Qurğu) üçün platforma, həmçinin qurğuya xidmət edəngeneratorlar üçün ikinci platforma quraşdırılıb. Bu işlər ASCO-nunZığ Gəmi Təmiri və Tikintisi Zavodunun Gəmi Təmiri Bölməsitərəfindən icra edilib.

Məqalədə:
Chosen
40
10
az.trend.az

10Sources