EN

U-17 qadın futbol komandamız Avropa çempionatında ikinci oyununa çıxır

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Doğru.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığmamız Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Moldovanın Vadul lui Voda şəhərindəki Millilərin Hazırlıq Mərkəzində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, U-17 komandamız seçmə mərhələnin ilk oyununda Uelsə 0:7 hesabı ilə məğlub olmuşdu.

DOÄžRU.AZ

Chosen
26
1
dogru.az

10Sources