EN

ABŞ nin qırıcı təyyarə və helikopteri qəzaya düşdü

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və qırıcı təyyarə Cənubi Çin dənizi üzərində qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Sakit okean donanması “X” hesabında məlumat yayıb.

“Yerli vaxtla saat 14:45-də ABŞ Hərbi Dəniz Qüvvələrinin “MH-60R Sea Hawk” helikopteri “USS Nimitz” aviadaşıyıcısının göyərtəsindən planlaşdırılmış əməliyyatları həyata keçirərkən Cənubi Çin dənizinin sularında qəzaya uğrayıb”, - məlumatda deyilir.

Bundan yarım saat sonra isə “F/A-18F Super Hornet” qırıcısının qəzaya düşdüyü bildirilir.

Hər iki halda ekipaj katapult edə bilib, xəsarət alan olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
3
qafqazinfo.az

4Sources