BAKI, 27 oktyabr. TELEQRAF
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Şahmurov Mübariz Ağahüseyn oğlunun nəşi tapılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tarpşılacaq.
Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır.
Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Şahmurov Mübariz 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda qəhrəmanlıqla şəhid olub.