Bakı. Trend:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda MinadanZərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHShadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsiçərçivəsində Qazax rayonunda minadan zərərçəkənlərin siyahısıdəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.
Bu barədə Trend-ə layihənin işçi heyətinin üzvü, minadanzərərçəkən Ruhin Vəliyev məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağmüharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (PartlamamışHərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, ocümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosialehtiyaclarının öyrənilməsi təşkil edir:
“Layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz,Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncəşəhərində) nəzərdə tutulmuş işləri icra edirik. Adıçəkilən rayon vəşəhərlərdə beynəlxalq forma olan İMSMA agentləri ilə sorğularkeçirilir. Toplanmış məlumatlar mina/PHS-lərin insanların həyat vəsağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərinazaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətininyaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçünistifadə etməyi nəzərdə tuturuq. Artıq Qazax rayonunda sorğularınkeçirilməsini əsasən başa çatdırmışıq. Müəyyən edilmiş minaqurbanları ilə daha çox qapı-qapı gəzərək şəxsən görüşürük,onlardan sorğular götürürük. Vəfat edənlərin isə ailə üzvləri iləgörüşməyə çalışırıq. Əvvəlcə Qazax rayonunda 89 minadan və yapartlamamış hərbi sursatdan zərərçəkən müəyyənləşdirmişdik, ammaaraşdırmalarımız zaman bu say 113 nəfər çatdı. Onlardan 6 nəfəri 44günlük müharibədən sonra minaya düşənlərdi. Bu insanların böyükəksrəyiyyətini tapıb şəxsən görüşmüşük, sorğularını götürmüşük.Axtarışlarımız və sorğu davam edir.”
ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır.2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər minaqurbanlarının sayı 410 nəfər təşkil edir. Onlardan 71-i həlak olub,339-i yaralanıb.
Xatırladaq ki, təşkilatımız ötən il Azərbaycan RespublikasınınQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyədəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi,Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda)uğurla həyata keçirib.