EN

Ötən həftə aşkarlanan meyitlətin sayı açıqlandı

Metbuat saytına istinadən ain.az xəbər verir.

Ötən həftə Fövqəladə Hallar Nazirliyi əməliyyatları zamanı 13 nəfərin meyiti aşkar edilib.

Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 169 yanğına çıxış, 31 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 30 nəfər xilas edilib, 13 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
49
metbuat.az

10Sources