EN

Ukraynanın səhiyyə naziri Azərbaycana səfər edəcək

Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, səfər oktyabrın 31-dən noyabrın 2-ə qədər davam edəcək.

Səfər zamanı bir sıra yüksək səviyyəli görüşlər, o cümlədən Azərbaycan-Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı sənəd imzalanması gözlənilir.

Chosen
38
1
bakivaxti.az

3Sources