EN

Səhhəti pisləşən Fəzail Ağamalıdan XƏBƏR VAR KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ana Vətən Partiyasının (AVP) qurultayında yaşanan qalmaqaldan sonra səhhəti pisləşən Fəzail Ağamalının vəziyyəti qənaətbəxşdir.

KONKRET.az xəbər verir ki, bu barədə F.Ağamalı pravda.az-a özü məlumat verib.

“Ayın 25-də səhhətimdə narahatlıq yarandı. Keçdi getdi. Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır”, – o bildirib.

Xatırlatma: Ana Vətən Partiyasının 25 oktyabrda keçirilən qurultayında qalmaqal yaşanıb. F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
konkret.az

3Sources