EN

Muxtar Babayev: UNEP Xəzərdə dayazlaşma ilə bağlı araşdırma layihəsini Azərbaycana təqdim edib

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Xəzər dənizində dayazlaşmanın səbəbləri ilə bağlı araşdırmanın ilkin layihəsini Azərbaycana təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev AzTV-də yayımlanan "Həftə" verilişində deyib.

Onun sözlərinə görə, UNEP-ə Xəzər dənizində dayazlaşmanın səbəblərinin araşdırılması ilə bağlı müraciət edilib:

"Bizə ilkin layihə təqdim edilib. Əsas səbəb çaylarda sululuğun azalması göstərildi. Burada digər amillər - istiləşmə, yağıntıların qeyri-bərabər paylanması var. Əsasən, dayazlaşmaya səbəb kimi çayların gətirdiyi suların azlığı göstərilir".

Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi əlavə edib ki, Azərbaycan Xəzər dənizinin dayazlaşması ilə bağlı müzakirələrin aparılması üçün ölkələri, müxtəlif beynəlxalq təşkilatları açıq dialoqa çağırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
10
bakivaxti.az

10Sources