EN

“İstanbul CFC” restoranı yandı

ain.az bildirir, Tribuna saytına əsaslanaraq.

Məşhur restoranlar şəbəkəsi olan “İstanbul CFC”nin Bakıxanov filialında yanğın hadisəsi baş verib.

Tribunainfo.az xəbər verir ki, səhər saatlarında restoranın açıq mətbəxində elektrik sobasında anidən alışma yaranıb. Baş verən yanğın qısa müddətdə böyüməyə başlayıb. Restoranın kiçik olan mətbəxi yararsız hala düşüb. Səhər saatları olduğu üçün restoranda müştəri olmayıb.

Hadisə yerinə FHN-nin yanğından mühafizə hissəsinin bölmələri çağırılıb. Yanğın böyümədən qarşısı alınıb.

Xatırladaq ki, “İstanbul CFC” restoranlar şəbəkəsi türk iş adamına məxsus şəbəkədir. Bakıda 4 fərqli yerdə və bütün alış-veriş mərkəzlərində filialları var.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
tribunainfo.az

2Sources