EN

Lamin Yamalın atası: Şanslısız ki, onun cəmi 18 yaşı var. Barselonada görüşərik

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın oyunçusu Lamin Yamalın atası Ammunir Nasrui komandanın La Liqada "Real" səfərdə 2-1 hesabı ilə məğlub olduqları oyundan sonra oğlunu müdafiə edib. Sport24.az xəbər verir ki, o, sosial şəbəkədə bununla bağlı paylaşım edib:

"Şanslısız ki, onun cəmi 18 yaşı var. Barselonada görüşərik".

Qeyd edək ki, oyundan əvvəl 18 yaşlı Lamin "Real"ın ünvanına sərt açıqlamalarla yadda qalmışdı. Bu səbəbdən matç zamanı Madrid klubunun oyunçuları meydanda gənc oyunçunu susdurmağa çalışırdılar. Final fitindən sonra oyunçular arasında münaqişə yaşanıb ki, Yamal bu dəfə də diqqət mərkəzində olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
60
sport24.az

1Sources